Təmirə bağlanan yol istifadəyə verildi

14 Aprel 2014 07:26 (UTC+04:00)
Bakıda təmirə bağlanan yol istifadəyə verilib.

Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, paytaxtın Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsində yerləşən tunelin giriş hissəsinə qədər olan 300 metrlik hissəsində aparılan təmir işləri aprelin 13-dən 14-nə keçən gecə başa çatıb.

P.Mürsəliyev bildirib ki, artıq bütün işlər qurtarıb, xətlənmə işləri də tamamlanıb və yol istismara verilib.

AzNews.az