“28 May“ stansiyası açılışa hazırdır - FOTOLAR
14 Aprel 2014 08:59 (UTC+04:00)
"28 May" stansiyasının əsas çıxışı artıq hazırdır. Burada təmir işləri başa çatıb.
Day.Az saytında bildirilir ki, stansiyada artıq 10 ədəd turniket, 5 ədəd balans artırmaq üçün aparat quraşdırılıb. Kassa yenilənib, döşəməyə mərmər plitələr vurulub. Müasir işıqlandırma sistemləri quraşdırılıb.
Saytın metropolitenə istinadən məlumatına görə, açılışın may ayının 10-da edilməsi planlaşdırılır. (milli.az)