Yazıçılar cəbhədə- FOTO

14 Aprel 2014 09:10 (UTC+04:00)
Azərbaycan Yazıçılar Birliyinin (AYB) rəhbərliyi cəbhə bölgəsində səfərdə olub. Bu barədə məlumatı AzNews.az-a AYB-ın katibi Rəşad Məcid verib.

R. Məcid deyib ki, səfər şair Ənvər Əhmədin 70 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə iştirakla bağlı olub: "Ağcabədi Rayon İcra hakimiyyəti Ənvər Əhmədin yubileyini. Yazıçılar Birliyinin rəsmiləri də həmin mərasimdə iştirak etdi. Tədbirdə Yazıçılar Birliyinin sədri Anar Rzayev, yazıçı-publisist Aqil Abbas, xalq şairi Fikrət Qoca çıxış etdi. Növbəti gün Yazıçılar Birliyinin nümayəndələri mərhum yazıçı İsi Məlikzadənin qəbrini ziyarət etdi".

R.Məcid Ağcabədidə AYB-in Qarabağ bölməsinin konfransının keçirildiyini də deyib: "Tədbirdə Yazıçılar Birliyinin qurultayına nümayəndələr də seçildi".

Səfər çərçivəsində Ağcabədinin Şərəfxanlı kəndində Azərbaycanın tanınmış dramaturqu Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə Məmmədquluzadənin də ev müzeyi ziyarət olunub: "Daha sonra rayonun Bayat kəndində Aqil Abbasın təşəbüsü ilə yaradılan kitabxanaya gedərək, yeni kitablar hədiyyə etdik".

R. Məcid deyib ki, səfər zamanı AYB nümayəndələri Ağdama cəbhənin təmas xəttinə də yollanıblar: "Sonuncu postdan Ağdama baxdıq...Baxdıq və geri qayıtdıq".

Bahar Rüstəmli
AzNews.az