Rusiyanın 2014 qayğısı

30 Avqust 2012 16:43 (UTC+04:00)


"Regnum" agentliyi gələcək iki ildə Rusiayanı gözləyən təlatümlü hadisələrin siqnalını verən məqalə dərc edib. Məqalənin önəmini nəzərə alaraq onu AzNews.az oxucularına çatdırırıq.

Rusiyanı gözləyən təlatümlü hadisələr "Regnum" nəşriyyat evində keçirilən dəyirmi masada müzakirə olundu. Nəşriyyatın prezidenti Modest Kolerovun iştirak etdiyi dəyirmi masada səsləndirilənləri Rusiya üçün heçdə ürəkaçan ssenari adlandırmaq olmaz. Dəyirmi masa iştirakçılarının qənaətinə görə, bunun bir çox səbəbləri var. Birincisi odur ki, Rusiya və onun xarici maraqları ətrafında böyük oyunlar getdiyi halda, daxili gündəm tamam boş məsələlərə köklənib. Rus mətbuatı az qala hər gün "Pussy Riot" la bağlı bir məqalə dərc edir. Suriyada, Yaxın Şərqdə, Əfqanıstanda baş verən hadisələr isə kölgədə qalır. Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qoşulması, ölkənin önəmli iqtisadi partnyoru olan Avropa Birliyi ilə münasibətlərdə gərginlik demək olar ki, müzakirə obyekti deyil. Bu isə, siyasi hakimiyyətin və ümumilikdə, hökumətin zəifliyindən xəbər verən amildir.

Gec də olsa, Rusiya hakimiyyətinin yuxarı eşalonu özünə sual verməlidir ki, biz Suriyanın gələcəyini necə görürük? Amma təəssüf ki, Suriya Rusiyada bu suala cavab veriləcək qədər önəmli statusa malik ölkə deyil. Hansı ki, bu ölkə, Rusiya xarici siyasəti üçün gələcək iki ildə təlatümlü hadisələrin başlanğıcı olacaq. Bu prosses artıq başlayıb. Soçi olimpiadası ərəfəsində terror aktları təhlükəsi də gündəmdədir.

Bunun üzərinə, beynəlxalq diplomatik hücumları da gəlsək, qarşımızda daha acınacaqlı vəziyyət yaranır. Dünya mətbuatının bir nömrəli gündəmi Rusiya və Rusiyada baş verən hadisələr olacaq, amma düşünməyək ki, yaxşı yöndən. Bütün bunlar müzakirə olunmalıdır. Qarabağ, Kazan, Kürdüstan məsələləri ortaya çıxacaq ki, Rusiya xarici siyasətində gündəmə çevriləcək. Bəs Rusiya hazırdırmı bu qədər böyük xarici siyasi yükü daşımağa, onlarla baş etməyə. Şimali və Cənubi Qafqazda hadisələr saman altından axan su kimi cərəyan edir. Rusiya isə yalnız terror və daha böyük fəlakətlər olduqda nəyin, necə baş verdiyini görür və anlamağa çalışır.

Politoloq Mixail Neyjmakov da olimpiada öncəsi vəziyyətə toxunmuşdu. Rus politoloq isə o qənaətdə idi ki, Suriyalı mücahid fəalların Qafqaza yerləşdirilməsi, 2014-cü il Soçi olimpiadası üçün şantaj hesab edilməlidir. Əgər bu gün mücahidlərin yadına Osetiya düşürsə sabah da Soçi yada düşə bilər.

Sadiq
AzNews.az