İlham Mirzəyevin klinikası ilə bağlı yeni xəbər- Fotolar

14 Aprel 2014 14:37 (UTC+04:00)
Dələduzluğa görə həbs edilən tanınmış teleaparıcı İlham Mirzəyevin klinikası iş başındadır.

Aparıcının lisenziyasız fəaliyyət göstərdiyi elan olunan "İlhaMed" klinikası işini davam etdirir. Musavat.com-un əməkdaşı klinikada olub, tibb personalının işlədiyini, pasiyentləri qəbul etdiyini görüb.

Xatırladaq ki, tibb mərkəzinin bağlandığı, qapısına möhür vurulduğu xəbəri çıxmışdı.

Məlumat şöbəsində işləyən xanım reportyorumuza deyib ki, hələ xəstələri qəbul edirlər və klinikanın bağlanıb-bağlanmayacağı bilinmir. Daha sonra tibb ocağının başqa bir əməkdaşı müxbirimizə yaxınlaşıb və bildirib ki, klinika bağlanmayacaq.

O, bütün suallara İ.Mirzəyevin vəkilinin cavab verə biləcəyini qeyd edib. Səlahiyyətli şəxs deyib ki, vəkil hazırda Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsindədir.

Qeyd edək ki, teleaparıcı barəsində dələduzluq maddəsi (178-ci) ilə cinayət işi açılıb və 2 aylıq həbs qəti-imkan tədbiri seçilib.

AzNews.az