Kərim Məşhəd ziyarətində- FOTOLAR

14 Aprel 2014 14:43 (UTC+04:00)

Müğənni Kərim Abasov Məşhəd ziyarətində olub. Sənətçi sosial şəbəkədə ziyarətdən olan fotolarını paylaşaraq atmacalı sözlər yazıb:

"Reklam etmirəm özümü ziyarətlə. Ağzıgöyçəklər artıq-əskik danışmasınlar. Sadəcə sevincimi sizinlə bölmək istəyirəm. Ziyarətlə reklam olmur. Mənim reklama ehtiyacım yoxdur. Bəs qədər tanınıb, sevilirəm. Bu, mənə bəsdir".

AzNews.az saytı müğənninin Məşhəd ziyarətindən olan fotolarını təqdim edir.


İntiqam
AzNews.az