Rusiya hərbi təyyarəsi təxribat törətdi
14 Aprel 2014 20:51 (UTC+04:00)
Rusiyaya məxsus Su-24 tipli hərbi təyyarəsi aprelin 12-də Qara dəniz hövzəsinə daxil olan ABŞ esminetsi "Donald Kuk"a qarşı təxribat törədib.
APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi məlumata görə, bunu Pentaqonun mətbuat katibi Stiv Uorren bəyan edib.
Onun sözlərinə görə, bombardmançı təyyarə gəminin bilavasitə yaxınlığından 12 dəfə uçub keçib. Hazırda esminets Rumıniyanın Konstansa limanındadır.
"Rusiya hərbçilərinin təxribat xarakterli hərəkətləri ölkələrimiz arasında qüvvədə olan razılaşmaları kobudcasına pozur", - deyə Uorren bildirib.
Rusiya müdafiə nazirliyi faktla bağlı şərh verməyib.
AzNews.az