Xəqani Məmmədov: “Klublarda futboldan bixəbər insanlar çoxdur”

15 Aprel 2014 07:53 (UTC+04:00)
"Azərbaycan çempionatında çıxış edən futbol klublarında futboldan uzaq, oyun qaydalarından bixəbər insanlar çoxdur".

Bu sözləri "İdman Azərbaycan" telekanalında yayımlanan "Premyer Liqa" verilişində AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov səsləndirib. AzNews.az-ın məlumatına görə, Azərbaycanın futbol hakimliyindən də danışan keçmiş FİFA referisi gənc fit sahiblərini xeyli tərifləyib:

"2008-ci ildə başladığımız iş artıq öz bəhrəsini verməkdədir. Həmin vaxt yeniyetmə hakimləri cəlb etdik. İndi Əliyar Ağayev, Rəhim Həsənov kimi FİFA referilərimiz var. Artıq Orxan Məmmədov da onlar səviyyəsində idarəçilik təcrübəsinə malikdir. Bu il Əliyar 26, Rəhim 25, Orxan isə 22 oyuna çıxıb".

İntiqam Valehoğlu
AzNews.az