80 polis işdən çıxarıldı

15 Aprel 2014 07:55 (UTC+04:00)
İstanbulda 80 polis və ölkənin Milli Kəşfiyyat Təşkilatının (MİT) İstanbul şöbəsinin rəhbəri vəzifəsindən azad edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin "Milliyet" qəzeti xəbər yayıb.
Buna səbəb dövlət məmurlarının telefon danışıqlarının qanunsuz dinlənilməsi olub. Bir müddət əvvəl Türkiyənin daxili işlər naziri Əfqan Əla bildirmişdi ki, telefon danışıqlarının qanunsuz dinlənilməsi ilə bağlı müxtəlif dövlət strukturlarından 150 məmur qovulub. Onun sözlərinə görə, hazırda qanunsuz dinləmələrin təşkilatçılarının aşkar edilməsi üçün tədbirlər görülür.

AzNews.az