ATƏT PA prezidenti Azərbaycana gəlir

15 Aprel 2014 08:46 (UTC+04:00)
ATƏT Parlament Assambleyasının (PA) prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyəti bu gecə Azərbaycana səfər edəcək.

Azərbaycan Milli Məclisindən verilən məlumata görə, sabah nümayəndə heyəti Fəxri Xiyabanını ziyarət edəcək. Səfər çərçivəsində R. Krivokapiçin ölkəmizin bir sıra rəsmiləri ilə görüşəcəyi gözlənilir.

AzNews.az