Sürücülərin nəzərinə: daha bir yol bağlanır
15 Aprel 2014 08:56 (UTC+04:00)
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib.
NİİM-in saytında verilən xəbərə görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Heydər Əliyev prospekti - Kənar yolda (şəhər istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - Əsas yoldan istifadə etmələri tövsiyə olunur.
Rənglənmə işləri təxminən, saat 04:00-a qədər davam edəcək.
AzNews.az