37 nəfər öldü 54 nəfər yaralandı

31 Avqust 2012 08:29 (UTC+04:00)


Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində, kömür yataqlarından birində partlayış olub. AzNews.az-ın izvestia.ru saytına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 37 şaxtaçı həyatını itirib 54-ü isə yaralanıb. Ölümə partlayış zamanı yaranmış dəm qazının səbəb olduğu bildirilir.

Nəzərinizə çatdıraq ki, Çin kömür şaxtalarında böyük insan tələfatı ilə nəticələnən bu cür partlayışlar mütəmadi xarakter daşıyır. Buna səbəb isə, şaxtalarda təhlükəsizliyin aşağı səviyyədə olmasıdır.

Sadiq
AzNews.az