Qatar yük avtomobili ilə toqquşdu - 2 ölü, 8 yaralı

16 Aprel 2014 19:39 (UTC+04:00)
Estoniyanın şimali-qərb bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, qatarla yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Şahidlərin dediklərinə görə, MAN markalı yük maşını qatara çırpılıb. Zərbənin gücündən qatarın bir neçə vaqonu relsdən çıxıb. Qatar Tallin-Tartu marşrutu ilə hərəkət edirmiş.

AzNews.az