Hansı icra hakiminin fəaliyyətini əhali bəyənir? – Sorğunun nəticələri

31 Avqust 2012 12:14 (UTC+04:00)
AzNews.az saytında icra başçılarının fəaliyyəti ilə bağlı keçirdiyimiz sorğu başa çatıb. Sayt istifadəçilərinə Bakı meri də daxil olmaqla paytaxtın bütün rayonlarının icra hakimiyyəti başçıları ilə bağlı səsvermədə iştirak etmək imkanı yaradılıb.

Bir ay ərzində davam edən və 604 270 respondentin iştirak etdiyi səsvermənin nəticələrinə əsasən birinci yeri 284 138 səslə Binəqədi rayon icra başçısı tutub. Buna səbəb son zamanlar rayonda abadlıq və yenidənqurma işlərinin genişləndirilməsi olub. Belə ki, rayonun Binəqədi və Biləcəri qəsəbələrində icra başçısının yerli sakinlərlə görüşü keçirilib, problemlərin aradan qaldırılması istiqamətində tapşırıqlar verilib. Xocəsən qəsəbəsindəki 103 saylı məktəbdə asaslı təmir və yenidənqurma işləri aparılaraq şagird yeri 610 nəfərə çatdırılıb. Rayon ərazisində məişət tullantılarının vaxtında təmizlənməsi üçün yeni sistem yaradılıb. Aztəminatlı və digər kateqoriyalardan olan insanlar üçün iftar mərasimləri, bayram tədbirləri təşkil edilib.

Siyahıda ikinci yerdə 253 420 səslə Qaradağ rayonu dayanıb. Qeyd edək ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində rayonun bir sıra qəsəbələrində yeni sənaye obyektləri istifadəyə verilərək işsizlik probleminin aradan qaldırılmasında xüsusi rol oynayıb. Dövlət vəsaitləri hesabına müasir texnologiyaların tətbiqinə əsaslanan müxtəlif istehsal, emal və infrasturktur müəssisələri tikilib. Lökbatan qəsəbəsində mərmər istehsalı, Səngəçal qəsəbəsində qazobeton bloklar istehsalı və əhəng istehsalı zavodları, Sahil qəsəbəsində metal konstursiya istehsalı zavodunun maliyyələşdirilməsinə 15,5 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 250-ə yaxın yeni iş yerinin açılmasına imkan verir. Bundan başqa rayon ərazisində yeni tədris ilinə hazırlıq çərçıvəsində bir sıra məktəb və uşaq bağşalarında əsaslə təmir işləri aparılıb.
Sorğu iştirakşılarından 57 358 nəfərinin səsini alan Nərimanov Rayon İcra Hakimiyyəti üçüncü yerdə qərarlaşıb. Bu il rayon ərazisində tikinti-abadlıq işlərinin miqyası daha da genişləndirilib. Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı təmir eilib. Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində yol ötürücüsünün tikintisi aparılıb. Qədirbəyov və Həsənoğlu küçələrinin kəsişməsində 1 km- ə yaxın yol əsaslı təmir olunub. "Hilton" otelinin qarşısındakı parkda abadlıq və quruculuq işləri həyata keçirilib.

Sonrakı yerləri bölüşdürən icra başçılarınını fəaliyyətindən razılıq bildirənlər isə daha az olub. Nəsimi RİH 2647 səslə dördüncü, Xətai RİH isə 1574 səslə beşinci yerləri bölüşdürüb. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı beşinci yerin qalibi olan həmkarından yalnız 6 səslə geri qalıb - 1568 səs. Suraxanı RİH bu cədvəldə 1549 səslə 7 - ci yerdə dayanır.
Sonrakı yerlərin sahiblərinə verilən səslər isə kəskin azalaraq 156 – 117 arasında dəyişib. Xəzər RİH 156 səslə sondan 5-ci sıradadır. Ən təəssüf doğuran məqam isə Baki Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun fəaliyyətindən razılıq edənlərin sayının cəmi 134 nəfər olmasıdır. Bakının ən böyük və səlahiyyət dairəsi geniş olan BŞİH-nin fəaliyyətindən əhalinin narazılığı səsvermənin nəticələrindən də məlumdur. Beləliklə paytaxtın ən böyük icra hakimiyyəti strukturunun rəhbəri siyahıda sondan 4-cü yerdə qərar tutub.

Sabunçu RİH 130 səs və Səbail RİH 126 səs. Sonuncu yerin sahibi isə 117 səslə Nizami Rayon İcra Hakimiyyətinin başçısı olub. Respondentlərin 1353 nəfəri heç bir icra başçisının fəaliyyətinin bəyənmədiyini bildirib.

E.Əlosmanqızı
AzNews.az