Zakir Həsənov iki əmr imzaladı

18 Aprel 2014 10:47 (UTC+04:00)
Azərbaycanın müdafiə naziri Zakir Həsənov yeni əmrlər imzalayıb.

AzNews.az xəbər verir ki, nazirin əmrinə əsasən, 19 aprel günü Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü kimi qeyd ediləcək. Məlumat üçün bildirək ki, həmin bu tarixdə mərhum prezident Heydər Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyin səxsi heyəti ilə görüşüb və təhsil müəssisəsinə Bayraq təqdim edib.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a daxil olan xəbərə görə, müdafiə nazirinin digər əmrinə əsasən, Hərbi Liseyin ilk buraxılışının 40 illik yubileyinin keçirilməsinin təşkili üzrə Təşkilat Komitəsi yaradılıb, ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanıb və təsdiq edilib.

Xəyalə Məmmədova
AzNews.az