Bakıda ölümlə nəticələnən avtoqəza

19 Aprel 2014 09:30 (UTC+04:00)
Aprelin 18-də saat 21:05 radələrində Qaradağ rayonun Qızıldaş qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakinləri - 1962-ci il təvəllüdlü Güloğlan Məmmədovun idarə etdiyi "VAZ-21011" və 1961-ci il təvəllüdlü Fazil Bəkirzadənin idarə etdiyi MAN markalı avtomobilləri toqquşub. Nəticədə G. Məmmədov xəstəxanaya yerləşdirilib.

Onun sərnişini, 1959-cu il təvəllüdlü Mərmər Cəfərova isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

AzNews.az