Vaşinqton Postun müxbiri Suriyada oğurlandı

31 Avqust 2012 13:41 (UTC+04:00)


Suriyada ameriaklı jurnalist oğurlanıb. AzNews.az-ın lenta.ru saytına istinadən verdiyi xəbərə görə, Vaşinqton Post jurnalının müxbiri Austin Tays hökumət qüvvələri tərəfindən oğurlanıb. Bu barədə məlumatı Suriya hökumətində təmsil olunan yüksək rütbəli diplomat da təsdiqləyib.

Çexiyanın Suriyadakı səfiri Yeva Filipi isə çex televizyasına açıqlamasında bildirib ki, bizdə olan məlumata görə, Tays sağdır və hökumət qüvvələri tərəfindən Dəməşq ətrafında gedən döyüşlər zamanı girov götürülüb.

Qeyd edək ki, amerikalı jurnalist 2012-ci ilin may ayından Suriyadadır və o avqust ayından itkin düşmüş hesab edilirdi.

Sadiq
AzNews.az