Sabirabadda avtoqəza: ölən və yaralananlar var

21 Aprel 2014 11:23 (UTC+04:00)
Sabirabad şəhərinin ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananlar var.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 20-də saat 02 radələrində Sabirabad şəhərinin ərazisində şəhər sakini Talıb Hüseynovun idarə etdiyi "VAZ-2106" və Qəzli kənd sakini Hidayət Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2106"ın sürücüsü T.Hüseynov hadisə yerində ölüb, H.Əhmədov və sərnişini, həmkəndlisi Eldəniz Mustafayev xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az