Nərimanovda 2856 nəfər tibbi müayinədən keçib- FOTOLAR

21 Aprel 2014 11:57 (UTC+04:00)
Nərimanov rayonunda vətəndaşların icbari tibbi müayinələrdən keçirilməsi kampaniyası davam etdirilir. Rayon İcra Hakimiyyətindən AzNews.az- verilən məlumata görə, dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən fevralın 14-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinələrdən keçirilməsi kampaniyası Nərimanov rayonunda da uğurla aparılır.

Bu gün rayon ərazisində yerləşən 37 nömrəli şəhər poliklinikasında həyata keçirilən növbəti müayinə zamanı yüzlərlə rayon sakini müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocağına gələrək tibbi müayinədən keçiblər. Müayinədən keçənlər arasında təkrar tibbi müayinədən keçənlər də olub və onlarda əvvəlki müayinə zamanı aşkar olunan xəstəliklərinin fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb. 37 nömrəli şəhər poliklinikasının baş həkimi Təranə Məmmədova poliklinikanın yerləşdiyi ərazi üzrə ümumilikdə 2856 nəfərin tibbi müayinədən keçdiyini, onlardan 360 nəfərə ambulator, 26 nəfərə stasionar müalicə təyin edildiyini bildirib.

Qeyd edək ki, fevralın 17-dən etibarən artıq rayon üzrə 54604 nəfərin müayinələrdən keçməsi təmin olunub. Onlardan 7029 nəfərə ambulator, 172 nəfərə isə stasionar müalicə təyin edilib.

İntiqam
AzNews.az