Türkiyə müxalifəti daha bir vilayəti itirdi
21 Aprel 2014 19:39 (UTC+04:00)
Türkiyə Yüksək Seçki Qurumu (YSK) Yalova vilayətində bələdiyyə seçkilərinin nəticələrini ləğv edib. 
AzNews.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, YSK ana müxalifət partiyası CHP-nin 6 səs fərqlə qalib gəldiyi seçkinin nəticələri səsvermə hüququ olmayan 7 seçicinin səslərindən istifadə edilməsi üzündən ləğv edilib. 
YSK-də bu qərara 9 nəfər lehinə və 2 nəfər əleyhinə səs verib. 
Yalovada yeni bələdiyyə seçkiləri eyni seçici siyahısı və eyni namizədlərlə 1 iyunda keçiriləcək. 
AzNews.az