Elmar Məmmədyarov Moskvaya getdi

21 Aprel 2014 20:12 (UTC+04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-də Moskvada keçiriləcək Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransında iştirak etmək üçün Moskvaya yola düşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

AzNews.az