Kramatorskda təhlükəsizlik xidmətinin binası tutuldu

21 Aprel 2014 21:02 (UTC+04:00)
Donetsk vilayətinin Kramatorsk şəhərində federallaşma tərəfdarları Ukrayna təhlükəsizlik xidmətinin binasını nəzarət altına götürüblər.

AzNews.az xəbər verir ki, APA-nın "Ukrinform" agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl hərbi geyimli naməlum şəxslər Kramatorsk şəhər milis bölməsini də ələ keçirib.

İdarənin rəisi Vitaliy Kolupayın naməlum istiqamətə aparıldığı bildirilir.

AzNews.az