Bərdədə partlayış: 5 nəfər yaralandı

22 Aprel 2014 07:10 (UTC+04:00)
Bərdədə yanğınla nəticələnən partlayış baş verib, 5 nəfər xəsarət alıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Kətəlparaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 66 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində otaqda olan ev əşyaları 7 kv.m sahədə yanıb.
Yanğın zamanı 5 nəfər xəsarət alıb. Yanğın bölmələri hadisə yerinə çatana kimi yanğın qonşular tərəfindən söndürlüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzNews.az