Bəxtiyar Hacıyev polis bölməsinə aparıldı- FOTO

22 Aprel 2014 09:42 (UTC+04:00)
Ağır Cinayətlər Məhkəməsində həbsdə olan Nida-çıların işi üzrə keçirilən məhkəmə prosesində Bəxtiyar Hacıyev saxlanılıb. Bu barədə o, facebook hesabında yazıb.

"Polis gəlib mənə deyirdi ki, gəncləri sakitləşdir. Mən də dedim ki, mənə niyə deyirsiniz, onların rəhbəri deyiləm ki? Biri dedi o qızı tutun aparın, mən də dedim qarşıdurma lazım deyil. Sonra biri kobud danışdı mənimlə, dedi bəs sən kimsən? Dedim vətəndaşam. O dəqiqə də polislər tutub apardılar. Vətəndaş olmağın qadağan olduğunu bilmirdim..."



AzNews.az