Nisə Qasımova: “Sözün varsa danış...”

22 Aprel 2014 11:20 (UTC+04:00)

Azərbaycanın xalq artisti Nisə Qasımova yeni layihəyə start verib.
N. Qasımova AzNews.az-a deyib ki, layihədə uzun illər əvvəl bəstələnmiş və unudulan mahnılar yeni oranjimanda təqdim olunacaq: "Günün böyük hissəsini səsyazma studiyasında keçirirəm".

N. Qasımova vurğulayıb ki, sənət adamı yalnız yaradıcılığı ilə bağlı efirə çıxmalıdır: "Efirə tez-tez, həm də necə gəldi, adi bir məsələdən ötrü çıxmağı xoşlamıram".

O bildirib ki, sənət adamı yaradıcılıqdan kənar heç bir məsələyə dair danışmamalıdır: "Sözün varsa danış, yoxdursa, yaradıcılıqla məşğul ol".

Bahar Rüstəmli
AzNews.az