Taliban 2 uşağın başın kəsib

31 Avqust 2012 16:11 (UTC+04:00)
Əfqanistanın Qəndəhar vilayətində Taliban silahlıları iki azyaşlı uşağı oğurlayaraq başlarını kəsib. Uşaqlardan birinin 12 yaşı olub və Jiri şəhərində yaşayıb. Qəndəhar valisinin mətbuata verdiyi açıqlamaya görə, Taliban ondan polis olan qardaşının intiqamını alıb. Qurbanlardan digəri isə 7 yaşlı qız uşağı olub.

Onun öldürülməsinin səbəbi hələlik məlum deyil. Bu Taliban qruplaşması üzvlərinin azyaşlı uşaqları oğurlayaraq başlarını kəsməsinə dair ilk hadisə deyil. Ramazan ayında da bir uşaq eyni qaydada qurban edilib. Taliban radikal islami qruplaşma olsa da qəddarcasına terror hadisələri törətməklə tanınıb. Taliban qrupları Əl-Qaidə ilə birgə əməkdaşlıq etdiyinə görə ABŞ və qərb, eləcə də bir çox müsəlman ölkələr tərəfindən terrorçu təşkilat kimi tanınıb.

Alpər
AzNews.az