Elza Seyidcahanın oğlunun toyunda dava- FOTO

23 Aprel 2014 08:02 (UTC+04:00)
Əməkdar artist Elza Seyidcahanın oğlunun toyunda qalmaqal yaşanıb.

Adının çəkilməsini istəməyən toy iştirakçılarından birinin verdiyi xəbərə görə, Elza Seyidcahanın keçmiş qudaları oğlunun ikinci toyunda qan-qaraçılıq salmağa cəhd ediblər.

Elza xanım xəbərin yalan olduğunu deyib:"Xeyr, bu deyilənlərin hamısı yalandır. Əksinə mən köhnə qudalarımla çox mehriban, yaxın dostam. Bizim aramızda elə bir problem yoxdur ki, nədənsə narazılıq da olsun. Onlar çox gözəl insandır. Bu söz-söhbəti çıxaran da kimdirsə paxıllıqdan edir. Dünən toy çox yüksək səviyyədə keçdi, gələn dostlar sağ olsun".(axar.az)