Nejat İşlər xəstəxanadan çıxdı - Foto

23 Aprel 2014 11:47 (UTC+04:00)
Dünən xəstəxanadan çıxan Nejat İşlər sosial şəbəkədə təzə şəklini paylaşıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanvarın 17-dən müalicə alan aktyor şəkildə əli ilə zəfər işarəsi göstərir. Şəklin altında "salamlar, sevgilər" yazılıb.
Fotoda aktyorun sağ əlini göstərməməsi diqqət çəkib.

Xatırladaq ki, tanınmış türk aktyoru müalicə olunduğu müddətdə facebook səhifəsində "Müalicədən imtina edib ölmək fikrim yoxdur. Bəzən cavabın ağır olacağını bilsən də, həqiqəti öyrənmək istəyirsən. Çılpaq gəldim, çılpaq da gedəcəm. Məqsədim zaman qazanmaqdır. Mülk sahibi olmaq kimi bir dərdim yoxdur. Mülkiyyət sahibi olmaq oğurluq etmək kimidir. Heç sevmirəm. Bizə sevməyi, nəyəsə bağlanmağı öyrətmədilər. O cəhətdən inkişaf edə bilmədik. Mən dünyanın bir parçasıyam..."- yazmışdı.

AzNews.az