“Nəqliyyat qoçuları” faciəyə səbəb oldu - DAVA

23 Aprel 2014 12:48 (UTC+04:00)
Bakı Beynəlxalq Avtovağzalında Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında bu dəqiqələrdə baş verən insident faciə ilə nəticələnib.

AzNews.az-ın avtovağzaldakı əməkdaşının verdiyi xəbərə görə, müfəttişlər sürücüdən sənədlərini tələb edərkən ikinci ərazidən qaçmaq istəyib və nəticədə körpüdən yıxılıb. Onun vəziyyətinin pis olduğu bildirilir.

Məlumata görə bu hadisə, vətəndaşlarla müfəttiş əməkdaşları arasında insidentə səbəb olub. Hadisə yerinə polis qüvvələri cəlb edilib.
Hadisəni Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov təsdiqləyib. Onun sözlərinə görə, qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücü ilə nəqliyyat müfəttişləri arasında mübahisə yaranıb: "Sürücü əlinə daş alıb əməkdaşlarımıza atıb. Əməkdaşımızın biri ayağından xəsarət alıb".

Sürücünün körpüdən yıxılaraq xəsarət almasına gəlincə, bu barədə məlumatının olmadığını deyib.

Əlavə məlumat verəcəyik.

Telman
AzNews.az