Əhmədinejatla Nalbandyan görüşdü

31 Avqust 2012 22:57 (UTC+04:00)
İran prezidenti Mahmud Əhmədinejat Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyanı qəbul edib. AzNews.az-ın Armtoday.info saytına istinadən verdiyi xəbərə görə, prezindent Əhmədinejat bildirib ki, Ermənistanla əlaqələrin inkişaf etdirilməsi üçün heç bir maneə görmür.

O, həmçinin Qarabağ məsləsinə də toxunub və bildirib ki, İranın mövqeyi birmənalıdır və İran münaqişənin ədalətli həllinə tərafdardır.

Erməni XİN rəhbəri də İranla münasibətlərə önəm verdiklərini qeyd edib və bildirib ki, onun ölkəsi münasibətlərin bütün istiqamətlərdə inkişaf etdirilməsində maraqlıdır.

Sadiq
AzNews.az