Ermənistan Prokurorluğu Macarıstandan izahat istədi

1 Sentyabr 2012 08:11 (UTC+04:00)
Ermənistanın Baş Prokurorluğu Ramıl Səfərovun Azərbaycana ekstradasiya edilməsi ilə bağlı Macarıstan Ədliyyə Nazirliyinə rəsmi sorğu göndərəcək.

AzNews.az-ın "Armenia Today"ə asasən verdiyi məlumata görə, bunu prokurorluğun mətbuat xidmətinin rəhbəri Sona Truzyan məsələ ilə bağlı təmsil etdiyi qurumun münasibətini açıqlayarkən deyib.

Prokurorluq Macarıstanın Ədliyyə Nazirliyindən Ramil Səfərovun Azərbaycana təhvil verilməsinin əsasları və şərtləri barədə ətraflı məlumat tələb edəcək.

E.Əlosmanqızı
AzNews.az