Krım Ukrayna ilə sərhəddini müəyyənləşdirdi

25 Aprel 2014 10:36 (UTC+04:00)

Rusiya tərəfindən ələ keçirilən Krım Ukrayna ilə sərhəd zolağını müəyyənləşdirir. AzNews.az-ın xəbərinə görə, Krım Miqrasiya Xidmətinin rəisi vəzifəsini icra edən Petr Yaroş bildirib ki, aprelin 25-dən sərhədlər açılacaq. Keçid məntəqələrinin harada olacağı, sərhəd keçmənin şərtləri, eyni zamanda miqrant kartlarının verilməsi məsələləri də mərhələli şəkildə öz həllini tapacaq.

Onun sözlərinə görə, yaxın zamanlarda Krıma giriş-çıxış Rusiya qanunvericiliyinə uyğunlaşdırılmış şəkildə həyata keçiriləcək.
P.Yaroşun sözlərinə görə, hazırda yarmadanın sərhəd zolağında 27 keçid məntəqəsi fəaliyyət göstərir. O vurğulayıb ki, nəqliyyat vasitəsilə daşımalarda heç bir məhdudiyyət yoxdur.

Aydan Axundova
AzNews.az