5 min sürücü qaydanı pozdu- STATİSTİKA

25 Aprel 2014 11:20 (UTC+04:00)
Ötən gün Azərbaycanda 5 minə yaxın sürücü yol-nəqliyyat hərəkəti qaydasını pozub. Daxili İşlər Nazirliyindən (DİN) AzNews.az-a verilən məlumata görə, Yol Patrul Xidməti əməkdaşları tərəfindən 47 nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi aşkar olunub.

İki sürücünün avtoxulqanlıq etmə, 14-ünün isə görünüş dairəsini məhdudlaşdıran əlavə avadanlıqların qurlaşdırılması halı müəyyən edilib. Ümumilikdə yol hərəkəti qaydalarının əleyhinə olan 4968 inzibati xəta aşkarlanıb. Avtomatik görmə cihazı vasitəsi ilə isə sürət həddini aşdığına görə, sürücülərin iştirakı olmadan 1303 elektron protokol tərtib edilib.

Amid
AzNews.az