Zaurun yeni verilişi biabrçılıqla başladı - FOTO

25 Aprel 2014 12:46 (UTC+04:00)
"Deyəsən "Ümid var" verilişinin dublikatına maraq göstərən yoxdur".

Tanınmış teleaparıcı Zaur Baxşəliyevin ATV-də yeni layihəsi başlayıb.

Axeber.comn xəbər verir ki, "Ümid var" verilişi bağlanandan sonra Zaur yeni verilişə start verib. "Öz aramızda" adlanan veriliş saat 16:30-da başlayır.

Sosial mövzuları əhatə edən verilişin ilk buraxılışında fiasko yaşanıb. Belə ki, studiyada tamaşaçı qismində olduqca az adam əyləşib. Verilişin reklamı getsə də, tamaşaçılar studiyaya gəlməyiblər.

Bu məqam sosial şəbəkə istifadəçilərinin də gözündən yayınmayıb. Tanınmış jurnalist Xanlar Xoca bu hadisəni belə şərh edib:

"Deyəsən "Ümid var" verilişinin dublikatına maraq göstərən yoxdur. Studiyanın hər iki tərəfində oturacaqların yarısı boşdur. Ancaq studiyadan çəpik səsləri gur gəlir. Yəqin çəpik çalmaq lazım olanda operatorlar da qoşulur".

Xatırladaq ki, Zaurun bundan öncəki verilişi efirə porno görüntülər verdiyi üçün bağlanmışdı.

AzNews.az