Xalq artisti xəstə çarpayısında

1 Sentyabr 2012 08:39 (UTC+04:00)
Sevilən müğənni, məşhur "Tələbə" mahnısının ifaçısı Elmira Rəhimovanın dünən doğum günü olması ilə bağlı məlumatlar var idi. Modern.az-a açıqlamasında müğənni bildirib ki, bu yalan məlumatdır.
"Mənim doğum günüm keçib və mən ümumiyyətlə özüm haqda danışmağı, məlumat verməyi sevmirəm", – deyə o, qeyd edib.
Həmçinin müğənni öz səhhətində problemlər olduğunu qeyd edib. "Yaman soyuqlamışam, müalicə olunuram. Həmçinin qolum ağrıyır. Nə qədər iynə terapiya və başqa müalicələr götürsəm də, heç bir xeyri yoxdur".
Uzun müddətdir, efirlərdə görünməyən məşhur müğənni bildirib ki, bunu özü istəmir. "Sağ olsunlar, tez-tez dəvət edirlər. Əgər dəvət olunan hər yerə getsəm, onda bütün günü efirdə olaram. Amma özüm istəmirəm, qəbul etmirəm dəvətləri".

AzNews.az