Ermənistan müxalifəti total mitinqlərə başlayır

25 Aprel 2014 21:25 (UTC+04:00)
Ermənistan parlamentinin hakimiyyətdən kənar dörd partiyası bütün ölkəni əhatə edəcək mitinqlərə hazırlaşır.


Mitinqlər "Çiçəklənən Ermənistan", Erməni Milli Konqressi, "Daşnaksutyun" və "İrs" partiyaları tərəfindən keçiriləcək. Bu barədə qərar dörd partiyanın təmsilçilərinin parlamentdə keçirilmiş görüşündə verilib. Görüşə baş nazir Ovik Abramyan və hakim Respublika Partiyasının da təmsilçiləri baş çəkiblər.

"Çiçəklənən Ermənistan" partiyasından deputat seçilmiş Stepan Markaryanın sözlərinə görə, mitinqlərin əsas mövzusu ictimaiyyət tərəfindən irəli sürülən tələblər olacaq. (ANS)