Brilliant Dadaşova seçim arasında qalıb

26 Aprel 2014 07:47 (UTC+04:00)
Xalq artisti Brillinat Dadaşovaya Türkiyə telekanalından dəvət gəlib.

AzNews.az xəbər verir ki, bu barədə sənətçi özünün facebook səhifəsində yazıb: "Türkiyə telekanalından mənə proqram təklifi gəlib. Hər verilişdən gələn dəvəti qəbul etməyən müğənnilər mənim proqramımda iştirak edirdilər. Yenə də bu məsuliyyəti üzərimə götürüm, ya götürməyim deyə düşünürəm..."

Bahar Rüstəmli
AzNews.az