Fərahim İlqaroğlu ilə bağlı bəyanat
26 Aprel 2014 09:16 (UTC+04:00)
Parlament Jurnalistləri Birliyi "Yeni Musavat" qəzetinin əməkdaşı, jurnalist Fərahim İlqaroğlunun döyülməsini pisləyən bəyanatla çıxış edib.
Bəyanatda bildirilir. "Jurnalistə qarşı belə amansız davranış bizi hiddətləndirib. Belə hadisələr ölkədə sabit vətəndaş cəmiyyətinin qurulmasına öz mənfi təsirini göstərir. Biz bu bu cinayəti törədən təqsirkarların tezliklə tapılıb cəzalandırılmasını istəyirik. Ümid edirik ki, hüquq –mühafizə orqanları jurnalist Fərahim İlqaroğluna qaşı törədilən bu amansız hucumun təqsirkarlarını yaxın zamanda üzə çıxaracaq"-deyə bəyanatda bildirilir.
AzNews.az