“Titanik” gəmisinin məktubu auksionda - 150 min dollara

26 Aprel 2014 14:00 (UTC+04:00)
"Titanik" gəmisindən göndərilən məktub 150 min dollara auksiona çıxarılır.

AzNews.az-ın İngiltərə mediasına istinadən verdiyi məlumata görə, bu gün "Titanik" gəmisinin qadın sərnişinin məktubu Böyük Britaniyada təşkil olunacaq auksionda 150 min dollara satıla bilər. Məlumatda bildirilib ki, məktub gəmi batmazdan bir neçə saat öncə "Titanik"in xanım sərnişini Ester Xart tərəfindən yazılıb. O, məktubunu Londonda yaşayan anasına yazıbmiş. Məktub isə qəzadan sonra Ester Xartın ölən həyat yoldaşının paltosunun cibindən tapılıbmış. Çünki isinmək üçün o paltonu xanımına vermişdi.

Xatırladaq ki, Ester Xart və onun yeddi yaşlı qızı qəzadan sağ qala bilən azsaylı sərnişinlərdən olublar.

Qeyd edək ki, 1912-ci il aprel ayının 15-də ilk dəfə ən böyük və ən gözəl sərnişin gəmisi "Titanik" Şimal Buzlu Okeanında aysberqə dəyərək, qəzaya uğrayıb. Qəzadan 3 saat sonra gəmidə olan sərnişinlərdən üçdən-ikisi buzlu suda boğularaq, yaxud donaraq ölüb, gəmi isə okeana qərq olub. Bu faciəli hadisə ilə bağlı çoxlu sayda əsər və filmlər çəkilib.

Aydan Axundova
AzNews.az