Nuriyyə Əhmədova hələ də yeriyə bilmir- Açıqlama

26 Aprel 2014 10:07 (UTC+04:00)
Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova xəstəxanadan evə buraxılıb. Bu barədə AzNews.az-a Nuriyyə Əhmədovanın oğlu Faiq İbadzadə məlumat verib.

O deyib ki, N. Əhmədova xəstəxana şəraitində müalicəsi bitsə də hələ yeriyə bilmir: "Anam dünəndən evə köçürülüb. Müalicə kursu ev şəraitində bir müddət də davam edəcək". F. İbadzadə bildirib ki, N. Əhmədovanı sənət yoldaşları ona daim diqqət göstərirlər.

Qeyd edək ki, xalq artisti Nuriyyə Əhmədova aprelin 4-də "Xalqlar Dostluğu" metrosu yaxınlığında sürücünün əyləci sərt basması nəticəsində avtobusun içində yıxılıb və bel nahiyəsindən xəsarət alıb.

Bahar Rüstəmli
AzNews.az