Qızını internata atdığı deyilən əməkdar artist: “Bu, şayiə deyil”

26 Aprel 2014 10:29 (UTC+04:00)
Bəzi saytlarda əməkdar artist Əkbər Əlizadənin nikahdan kənar qızını fiziki və əqli qüsurlu uşaqlar üçün internat evinə verdiyi ilə bağlı məlumat yayılıb. Bildirilir ki, aktyorun qızı Saray qəsəbəsində yerləşən 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində qalır. AzNews.az saytı məsələ ilə bağlı əməkdar artistlə əlaqə saxlayıb. Aktyor xəbəri təəccüblə qarşılayıb:

"Bu, xəbər harda yazılıb? Əlbəttə ki, yalandır. Bu, şayiə də deyil e, şərdir".

Qeyd edək ki, Ə.Əlizadə ailəlidir, üç övladı var.

İntiqam Valehoğlu
AzNews.az