4 kiloqram 600 qram civə aşkarlandı
26 Aprel 2014 11:11 (UTC+04:00)
Sumqayıtda külli miqdarda civə götürülüb.
AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Eldar Rüstəmovdan, Nəsimi Həsənovdan, Telman Paşayevdən və Bakı şəhər sakini İlyas Tağıyevdən 4 kiloqram 600 qram gümüşü rəngli civə götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
AzNews.az