Prezident məscidin tikintisinə baxdı- Fotolar

26 Aprel 2014 11:59 (UTC+04:00)
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonu ərazisində tikilən yeni məscid kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olub.

Prezident İlham Əliyevə məscid kompleksinin layihəsi əsasında görülən işlərlə bağlı məlumat verilib.

Dövlətimizin başçısı ayrı-ayrı inşaat sahələrini gəzdi, tikintinin gedişi ilə yaxından tanış oldu və müvafiq tapşırıqlarını verib.

AzNews.az