Həsən Ruhani Azərbaycana gələcək

27 Aprel 2014 08:40 (UTC+04:00)
İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri üçün hazırlıq işləri gördüyü bildirilib.


Anspress xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranın "Mehr" xəbər agentliyinə müsahibəsində deyib.

Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İranda səfərdə olduğu zaman iranlı həmkarı Həsən Ruhanini Azərbaycana dəvət edib: "Hazırda bu səfərin yaxın gələcəkdə Prezident Ruhaninin iş qrafikinə uyğun həyata keçirilməsi üçün hazırlıq işləri görülür".

Qeyd edək ki, hər iki ölkənin bölgədə və dünyada baş verən bir çox proseslərlə bağlı eyni mövqedə olduğunu bildirən səfir Cavanşir Axundov İran prezidentinin nə vaxt səfər edəcəyi barədə dəqiq vaxt açıqlamayıb.