Takano Makino Azərbaycanda səfərdədir

28 Aprel 2014 09:43 (UTC+04:00)
Yaponiyanin xarici işlər nazirinin müavini Takano Makino Azərbaycana səfərə gəlib. AzNews.az-ın məlumatına görə, səfər çərçivəsində Takano Makinonun ölkənin rəsmi şəxsləri ilə görüşləri nəzərə tutulub.

İlk olaraq isə yaponyalı diplomat yaxın saatlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, ticarət, turizm, kənd təsərrüfatı və digər məsələlərlə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Amid
AzNews.az