Mətanət ailə qurmağa hazırlaşır

28 Aprel 2014 10:08 (UTC+04:00)
Müğənni Mətanət Əsədova ailə qurmağa hazırlaşır.

Axşam.az-ın məlumatına görə, sənətçi bu barədə ATV telekanalında yayımlanan "Nə varsa" verilişində deyib. O, aparıcı İlhamə Bədəlovanın "Eşitdim ki, ailə qurmağa hazırlaşırsan" sözlərinə belə cavab verib:
"İnşallah... Toyun tarixini əvvəlcədən deməyəcəm. Mərasimə bir gün qalmış hamıya zəng edib çağıracağam".

AzNews.az