Sərnişin avtobusu aşdı: 7 ölü, 22 yaralı

28 Aprel 2014 10:31 (UTC+04:00)
İranın paytaxtı Tehranda sərnişin avtobusu aşıb. Hadisə zamanı 7 nəfər ölüb, 22 nəfər yaralanıb. Bunu Tehran şəhər təcili tibbi yardım xidmətinin sözçüsü Məhəmməd Abbasi deyib.

Trend-in İranın Fars xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər Azadeqan-Həkim xiyabanlarının kəsişməsində baş verib. Məlumata əsasən, ölənlərdən 6-sı qadın, biri isə kişidir. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Hadisənin baş vermə səbəbləri araşdırılır.

AzNews.az