ABŞ-da qasırğa qurbanlarının sayı artır

28 Aprel 2014 12:11 (UTC+04:00)
ABŞ-da bir-birinin ardınca baş verən güclü tornado küləyi nəticəsində 12 nəfər dünyasını dəyişib. AzNews.az "Fox News"a istinadən xəbər verir ki, təbii fəlakətin ən güclü zərbəsi aprelin 27-də baş verib.

Ən çox ziyan ölkənin Arkanzas və Oklahoma ştatlarına dəyib.
Arkanzas ştatının qubernatoru Met Dikeplenin sözlərinə görə, ştat ərazisində ölənlərin sayı 11 nəfərə çatıb.Oklahomanın şimal-şərqində isə qasırğadan 1 nəfər vəfat edib.

Tornado həmçinin Nebrask, Ayova və Missuridə də müşahidə olunub.
Xatırladaq ki, 2011-ci il aprelin 27-də ABŞ-da ən güclü qasırğa baş verib. Bu təbii fəlakət zamanı 316 nəfər dünyasını dəyişib.

Aydan Axundova
AzNews.az