Separatçılar daha bir dövlət binasını ələ keçirdi

28 Aprel 2014 16:00 (UTC+04:00)
Rusiyameyilli separatçılar Ukraynanın Donetsk vilayəti Konstantinovka şəhər Şurasını ələ keçiriblər. AzNews.az-ın yerli mediaya istinadən verdiyi xəbərə görə, binanı tutan maskalılar hərbi səhra geymindədirlər. Onlar heç bir tələb irəli sürmürlər. Qurumun binası qarşısına avtomobil şini və qumdan ibarət barrikadalar qururlar.

Şura əməkdaşları şəhər şurasının binasına buraxılmayıblar.
Separatçılar paralel olaraq, şəhər milis şöbəsinin binasını da tutublar.

Aydan
AzNews.az