İlham Əliyev:“Yeni dünyada yaşamağın başqa yolu yoxdur”
28 Aprel 2014 18:21 (UTC+04:00)
"Azərbaycan cəmiyyətinin mühüm elementlərindən biri multikulturalizmdir. Düşünürəm ki, biz haqqında müxtəlif beynəlxalq institutlarda bu cür açıq danışılmayan məsələləri müzakirə etmək üçün bir neçə beynəlxalq tədbir, sivilizasiyaların beynəlxalq dialoqu, beynəlxalq humanitar forum keçirmişik, çünki bu vəziyyətə müxtəlif yanaşmalar var".
AzNews.az xəbər verir ki, bunu prezident İlham Əliyev Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında içıxış edərkən deyib: "Bəzi insanlar buna şübhə ilə yanaşırlar, lakin hesab edirəm ki, yaxşı nümunələr var və aydındır ki, yaxşı nümunələrə bədbinliyə yer qalmaması üçün daha ətraflı baxılmalıdır. Çünki multikulturizm uğursuzluğa düçar olarsa, yeni dünyada yaşamağın heç bir başqa yolu yoxdur. Axı əks halda xalqlar özlərini təcrid etmiş olacaqlar. Bu, nə iqtisadi, nə də sosial nöqteyi-nəzərdən mümkün deyil".
Dövlət başçısı hesab edir ki, mühüm dəyərlərin təşviqi məqsədilə Azərbaycanın və digər ölkələrin dərin ənənələrinə əsaslanan müsbət nümunələr daha ətraflı nəzərdən keçirilməlidir: "Bu da mənim diqqət yetirmək istədiyim mühüm elementlərdən biridir".
Prezidentin sözlərinə görə, dünya siyasətində müsbət tendensiyaların möhkəmləndirilməsi üçün diqqəti müsbət təcrübəyə yönəltmək və onu yaymağa cəhd göstərmək vacibdir: "Çünki ölkələrin gələcəkdə əməkdaşlıq etməsi üçün heç bir başqa üsul yoxdur".
AzNews.az